AZ

ATU Təhsil Tələbə Krediti Fondu ilə əməkdaşlığa başlayır 

Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, sənəd könüllü və təcrübə proqramlarının təşkili, seminar və təlimlərin keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, o cümlədən müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsil alanlara və məzunlara üstünlük verilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru prof. Gəray Gəraybəyli Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Fondun yaradılmasını ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu deyən rektor imzalanmış Memorandumun TTKF ilə ATU arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini bildirib.

TTKF-nin İdarə heyətinin sədri Araz Paşayev Fond tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edib ki, bu günə kimi Fondun yaratdığı imkanlardan 37 minə yaxın şəxs yararlanaraq təhsil haqlarının TTKF tərəfindən qarşılanmasına nail olub. Daha çox şəxsin təhsil tələbə kreditindən yararlanması üçün geniş potensialın olduğu, bu məqsədlə aparılan təbliğat və təşviqat işlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
aztibb.az

1Mənbələr