AZ

Nazir müavini: COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə verilən dəyərin bariz nümunəsidir

COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan COP29-a sərdrliyi çərçivəsində qlobal həmrəyliyin gücləndirilməsi barədə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə sıx danışıqlar aparmaqdadır.

"Biz COP-la bağlı BƏƏ və Braziliya ilə də sıx əməkdaşlıq edirik", - nazir müavini qeyd edib.

O vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan atmosfer havasındakı zərərli qazların minimuma endirilməsi üçün qarşısına konkret məqsədlər qoyub. Eyni zamanda, 2030-cu ilə qədər həm işğaldan azad olunmuş ərazilər, həm də ölkənin digər yerlərində minlərlə hektar meşə sahələrinin bərpası nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
ikisahil.az

2Mənbələr