AZ

Yaponiyada şagirdlərə qarşı bibər qazından istifadə edilib

Yaponiyanın paytaxtı Tokioda 35 şagird bibər qazından zəhərlənib.

E-huquq.az Yaponiyanın Kyodo agentliyinə istinadən xəbər verir ki, paytaxtın Şinjuku adlı ərazisində yerləşən Tokio Koreya məktəbində dərs zamanı sinif otağına şagirdlərdən biri tərəfindən bibər qazı sıxılıb.

Sinifdə olan 35 şagird müxtəlif şikayətlərlə dərhal xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra məktəbə polis göndərilib.

Hadisənin təfərrüatları araşdırılır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
e-huquq.az

1Mənbələr