AZ

Bacısı ilə Goranboydan Masallıya gedib qız qaçırdı, həbs edildi

Masallıda qız qaçıran Goranboy sakini həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Goranboy rayon Düzqışlaq kəndində yaşayan 2001-ci il təvəllüdlü Vüqar Quliyev mayın 30-da saxlanılıb.

Goranboy Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilib və 1 il həbs cəzası təyin edib. Vüqar məhkəmə zalında həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar Quliyev İnstaqram sosial şəbəkəsində Masallı rayonu Təzə Alvadı kənd sakini olan 15 yaşlı qızla tanış olub. Daha sonra Vüqar bacısını da götürərək taksi ilə Goranboydan Masallıya gedib və yeniyetmə qızı qaçırıb. Onlar birgə Vüqarın Goranboyda yaşadığı evə gəliblər və ər-arvad kimi yaşamağa başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
publika.az

1Mənbələr