AZ

Kiber məkanda aldatma sxemləri tez-tez dəyişir - Elşad Hacıyev

Kiber məkanda aldatma sxemləri tez-tez dəyişir, lakin prinsiplər dəyişmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirib.

DİN rəsmisi bildirir ki, iyunun 11-də ayrı-ayrı vətəndaşların aldadılaraq bank kartı məlumatları alınmaqla – 7950, 1800, 1050, 350, 205, 300, 4000, 900, 82, 565, 1480, 600, 50, 100, 1826, 48, 32 manat və 7000 ABŞ dollarını naməlum şəxslər talayıblar.

"Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Alış-veriş saytlarında əşya, maşın, daşınmaz əmlak – ev, bağ, mənzil, torpaq satırsınız, yaxud almaq istəyirsiniz. Sizə bunu almaq üçün zəng edilə bilər, ya da siz zəng edə bilərsiniz. Ancaq canlı təmas olmadan virtual, naməlum şəxslərlə sövdələşməyə gedib şəxs məlumatları naməlum şəxslərə ötürməyin" - Elşad Hacıyev tövsiyyə edir.

".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
ucnoqta.az

1Mənbələr