AZ

Avtomobil yolu çökdü

ABŞ-nin Vayominq ştatında torpaq sürüşməsi nəticəsində yol çöküb. 

"Cebhe.info" xəbər verir ki, Vayominq qubernatoru Mark Qordon iyunun 8-də verdiyi açıqlamada hadisənin görüntüləri ilə birlikdə asfalt yolun yerləşdiyi Teton aşırımında sürüşmə nəticəsində yolun çökdüyünü açıqlayıb. Qubernator Qordon bildirib ki, magistral yolun yenidən qurulması üçün dövlət nəqliyyat agentliyinin geoloqları və mühəndislərindən ibarət qrup hadisə yerindədir. Yolun yenidən açılması ilə bağlı vaxt verə bilməyən qubernator "Mən bu bağlanmanın Teton sakinlərinə, bölgədəki sərnişinlərə və yerli iqtisadiyyata təsirindən xəbərdaram və biz yerli rəsmilərlə birbaşa əlaqə saxlayırıq",- deyib. 

Səlahiyyətlilər bildiriblər ki, magistralın asfalt örtüyündə əvvəllər çatlar əmələ gəlib və sonra tamamilə dağılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr