AZ

Tibbdə yenilik: Elektron dəri istehsal edildi

İnsan toxunuşunu təqlid edən üç ölçülü dəri ixtira edilib.

Ednews “Science” jurnalına isitnadən xəbər verir ki, bu dəri səthdəki təzyiq, sürtünmə və gərginliyi analiz edə bilir.

Sensorlar tərəfindən toplanan siqnallar bir sıra ötürmə və çeşidləmə proseslərindən keçdikdən sonra dərin öyrənmə alqoritmləri ilə birləşdirilir. Bu yolla elektron dəri obyektlərin sərtliyini və formasını dəqiqliklə müəyyən edir.

Tədqiqatın müvafiq müəllifi Zhang deyir: "Elektron dəri, erkən mərhələdə dəqiq diaqnoz və müdaxilələr etmək üçün tibb sahəsində istifadə edilən robotların barmaqlarının ucuna yapışdırılma potensialına malikdir".

Qeyd edək ki, Çinin Tsinghua Universitetinin tədqiqatçılarının bu ixtirasının aşkarlama qabiliyyətinə görə bu növdə ilk olduğu deyilir. 

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
ednews.net

1Mənbələr