AZ

Hazırda fermerlər istehsal etdiyi məhsulalrın bazara çıxarılması üçün çətinliklər çəkirlər- İlqar Nəbiyev

Hazırda fermerlər istehsal etdiyi məhsulalrın bazara çıxarılması üçün çətinliklər çəkirlər. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib. 

"Kənd təsərrüfatı qeyri neft sektorunda vacib sahəyə çevrilib. Bu sahədə göstəricilərimiz yaxşdır. Əsas istehsalla ölkə özünü qida ilə təmin edə bilir. Amma emal sektorunda görüləcək işlər çoxdur. Bu sektorun işləməsi üçün sistem yaratmaq lazımdır. Sovet dövründə belə bir sistem olub. Lakin sonradan müəyyən boşluqlar yaranıb və həmin müəssisələr fəaliyyətini dayandırıb”, - nazirlik rəsmisi iyunun 11-də Milli Məclisin aqrar siyasət komitəsində Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layhəsinə münasibət bildirərkən deyib.


O bildirib ki, Hazırda fermerlərin istehsal etdiyi məhsulları bazara çıxartmaq, həmçinin ixracı ilə bağlı müəyyən problemlər var. Bu problemlərin həlli üçün ölkə xammal ixracatısına çevrilməlidir.
 
Gülnar Nazimqızı

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
anews.az

1Mənbələr