AZ

Misirli politoloq İlham Əliyevin Misirə səfərindən DANIŞDI - ÖZƏL

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Misirə rəsmi səfər edib və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Görüş zamanı bir çox regional məsələləri müzakirə edilib. Bəs prezident İlham Əliyevin Misirə səfərinin əhəmiyyəti nədir? Bu səfər iki ölkə münasibətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı ərəb məsələləri üzrə ekspert Əli Əl- Hofi Ednews-a özəl açıqlama verib:

“Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri çox mühüm bir vaxta təsadüf edir. Çünki, bu səfərin həm Azərbaycan, həm Misir üçün bütün sahələrdə əməkdaşlığa açıq olduğunu göstərir. Həmçinin hər iki ölkə arasında tarixi münasibətlər olduğunu vurğulayır. Eyni zamanda bu səfər prezident Sisinin 2023-cü ilin yanvarında Azərbaycana etdiyi səfərinə cavabdır.

Bu səfərdən sonra iki ölkənin baş naziri, yaxud nazirlər, iş adamları səviyyəsində davamlı ünsiyyət olub, bunun nəticəsində iki ölkə arasında bütün sektorlarda və səviyyələrdə əlaqələrin dərinləşməsinə və inkişafına səbəb olub. Qeyd etmək istəyirəm ki, Misir 25 dekabr 1991-ci il tarixində Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. Həmin tarixdən etibarən Misir-Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf etməyə başlayıb.

Ekspert həmçinin gələcəkdə Misir və Azərbaycan arasında ticarət mübadiləsinin artacağını vurğulayıb:

"Səfər iqtisadi sahələrdə ikitərəfli münasibətlərin inkişafına təkan verir və Prezident Sisi və Prezident İlham Əliyevin davamlı olaraq siyasi iradənin mövcudluğu fonunda aralarındakı güclü siyasi əlaqələrə uyğun şəkildə ticarət mübadiləsinin səviyyəsini yüksəldir.  Bu da iki ölkənin xalqlarının mənafeyinə müsbət təsir göstərəcək".

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
ednews.net

1Mənbələr