AZ

ABŞ Qəzzada atəşkəs üçün HƏMAS-a təzyiq göstərməyə çağırış etdi

ABŞ dövlət katibi Blinken bölgə liderlərini Qəzzada atəşkəs razılaşması ilə bağlı HƏMAS-a təzyiq göstərməyə çağırıb. HƏMAS bu açıqlamaya reaksiya verib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfərinə başlayarkən verdiyi açıqlamada bölgə liderlərini Qəzzada müharibə üçün atəşkəs razılaşmasını qəbul etməsi üçün Həmas-a təzyiq göstərməyə çağırıb.

Blinken girovların azad edilməsi və döyüşlərin dayandırılması üçün danışıqların aparıldığı üç mərhələli razılaşmaya qarşı çıxan yeganə tərəfin Həmas olduğunu və İsrailin bu təklifi qəbul etdiyini bildirib.

HƏMAS-ın yüksək səviyyəli simalarından Sami Əbu Zuhri bu açıqlamaya reaksiya verərək, Blinkenin İsrailyönlü mövqe nümayiş etdirdiyini və bu vəziyyətin atəşkəs razılaşmasının əldə olunmasına mane olduğunu bildirib.

Digər tərəfdən Misir prezidenti Əbdülfəttah Sisi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Qəzza zolağına yardımın çatdırılması qarşısındakı maneələrin aradan qaldırılması üçün beynəlxalq səylərin vacibliyini vurğulayıb.

Misir Rəyasət Heyətindən verilən açıqlamaya görə, Sisi və Blinken Qəzzada atəşkəsin əldə edilməsi və girovların azad edilməsi üçün birgə səyləri artırmaq barədə razılığa gəliblər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
turkustan.az

1Mənbələr