AZ

Niyaməddin Musayevdən QƏTİ QƏRAR: “Həmin gün səhnədən gedərəm”

“Sabah bilsəm ki, deyəsəklər, ə, bu yenə çıxdı, o gün səhnədən gedərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Yaşananlar” verilişində deyib.

Sənətçi bu yaşda formada qalmasının səbəblərini də açıqlayıb:

“İnsan mübariz olmalıdır, o demək deyil ki, yaşlandınsa, özünə baxmamalısan. Əgər sən səhnədəsənsə, bu xalqa xidmət edirsənsə, formada olmalısan, gözəl nəğmələr oxumalısan. Sabah bilsəm ki, deyəcəklər, ə, bu yenə çıxdı, o gün səhnədən gedərəm. Yəni istəmərəm ki, xalqım desin, yenə də bu gəldi. Yenə də çıxdı səhnəyə. Xalqın sevgisi varsa, sən çalışmalısan. Çalışmaq da bədən tərbiyəsindən asılıdır. Bədənin tərbiyəsi, görün, nə gözəl sözdür. Nə olar yaşlı olanda, sən hərəkət etməlisən, idmanla məşğul olmalısan, bədənini formada saxlamalısan. Eyni zamanda, idman etməklə səhhətin gözəl olacaq, qan dövranı yaxşılaşacaq, sinirlərin sakit olacaq. Yoxsa ki, elə ye, yat, söz də düşəndə de, əşi qocalmışam e… Bir də görəcək ki, heç yeriyə də bilmir. Ömrü verən Allahdır, amma sən də çalışmalısan. Necə deyərlər, səndən hərəkət, məndən bərəkət”.

Nehru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
1
yenicag.az

2Mənbələr