“Tesla”, “SpaceX” və X kimi şirkətlərin sahibi olan İlon Mask şirkətlərinin daxilində “Apple” cihazlarını qadağan etmək istəyir.

İndex.az xəbər verir ki, Maskın fikrincə, “Apple”in əməliyyat sisteminə “OpenAI”nin inteqrasiya etməsi, təhlükəsizlik pozuntusuna səbəb olur.

Mask şirkətə gələnlərin “Apple” cihazlarını qapıda təhvil verməli olacağını bildirib.

O, hətta cihazların “Faraday qəfəsi”ndə saxlanacağını qeyd edib.