AZ

"Liverpul"un əfsanəsi ağır xəstəliklə mübarizə aparır

"Liverpul" klubunun açıqlamasına görə, klubun əfsanəsi Alan Hansen bazar günü xəstəxanaya yerləşdirilib.

90deqiqe.Az xəbər verir ki, 1977-1990 illəri arasında "Liverpul" forması ilə 600-dən çox oyuna çıxan və 26 dəfə Şotlandiya millisinin şərəfini qoruyan müdafiəçi, sonradan uğurlu bir teleyayın kariyerası qurub və 1992-2014 illəri arasında "Match of the Day" proqramının ən tanınmış analitiklərindən biri olub. 

Klubun açıqlamasında, "Liverpul FK-dakı hər kəsin düşüncələri və dəstəyi hazırda xəstəxanada ciddi şəkildə müalicə alan əfsanəvi keçmiş kapitanımız Alan Hansen ilə birlikdədir," deyə qeyd edilib. 

Hansenin keçmiş həmkarları Gari Lineker və Mark Lavrenson da sosial mediada dəstək mesajları yazıblar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
90deqiqe.az

1Mənbələr