AZ

“İtən azərbaycanlı əsgəri tanıyırsınız?” - Simonyandan itkin düşən əsgərimizlə bağlı müəmmalı açıqlama

Məlum olduğu kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynovun itkin düşdüyünü bildirib. Bir müddət sonra Ermənistan KİV-inin yaydığı məlumata görə, əsgər Ermənistan ərazisində saxlanılıb. Qeyd olunurdu ki, azərbaycanlı hərbçi Naxçıvan Muxtar Respublikasının Günnüt kəndi istiqamətində yerləşən Areni sərhəd kəndi yaxınlığında saxlanılıb.

“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni jurnalistlərin itkin düşən əsgərimizlə bağlı sualına müəmmalı şəkildə cavab verib. O, jurnalistlərə açıqlamasında bu xəbəri nə təsdiq, nə də təkzib edib: “İtkin düşən Azərbaycan əsgəri ilə tanışsınız? Ola bilərmi ki, azərbaycanlı bizə təslim olub, ya azıb, ya da biz onu əsir götürmüşük? Siz bunu haradan bilirsiniz? Dövlət bu qədər açıq, şəffaf işləyəndə mən gəlib deməliyəm ki, azərbaycanlı diversant peyda olub? Dövlət sirri yoxdur?”

Qeyd edək ki, bundan öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan əsgərinin sərhədi keçməsilə bağlı məlumatlara malik olmadığını bəyan edib. Bu baxımdan Simonyanın hansı “dövlət sirri”ndən danışdığı, nə demək istədiyi tam aydın deyil. İstisna etmək olmaz ki, Ermənistan tərəfi itkin düşən əsgərimizlə bağlı hansısa informasiya təxribatı hazırlayır və onu diversant kimi qələmə verməyə çalışacaq.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
azpolitika.info

1Mənbələr