AZ

Prezident İlham Əliyevin Türkiyə səfəri... - Politoloq ŞƏRH EDİR

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri, bölgədə və dünyada baş verən ən son hadisələr müzakirə edilib, ölkəmizin başçısının Türkiyə lideri ilə görüşündən çıxan nəticələrdən danışılıb.

Mövzu ilə bağlı Ednews-a açıqlama verən politoloq Elşən Manafov bildirdi ki, Azərbaycan prezidentinin Türkiyəyə səfəri işgüzar xarakter kəsb etmişdir. Bununla belə tərəflər arasında ikitərəfli maraq doğuran bir çox məsələlər ətrafında müzakirələr aparılmış, ticarət, loqistika, nəqliyyat sahəsində əməkdaşlığa dair sənədlər razılaşdırılmışdır: 

"Enerji təhlükəsizliyi, habelə hərbi texniki sahədə əməkdaşlığın genişlənləndirilməsi müasir dövrdə suveren dövlətlərin suverenliyinin qlobal maliyyə institutları, habelə geosiyasi güc mərkəzləri tərəfindən təhdid edilməsi konteksində anlaşılandır. Prezident Əliyevin Türkiyəyə səfəri ABŞ dövlət Departamentinin köməkçisinin Ermənistana səfəri ilə eyni vaxta düşüb. Hazırda Ermənitanla sülh danışıqlarının gedişində rəsmi İrəvanın danışıqlardan yayınması üçün etdiyi cəhdlər İrəvanın bu məsələdə siyasi spekulyasiyaya getmək cəhlərindən irəli gəlir. Ermənistan iqtidarının ABŞ-la münasibətlərini nəzərə alsaq danışıqların qeyri-müəyyən vaxta qədər uzadılması Cənubi Qafqazda geosiyasi konfiqurasiyanın ABŞ maraqlarına uyğun şəkildə dəyişdirilməsi üçün münasib vaxta qədər uzadılması istəyindən irəli gəlir. Ankarada Orta Dəhlizlə bağlı danışıqlar regionun siyasi durumuna Orta Dəhlizin perspektiv təsir imkanlarının müəyyənləşdirilməsi, habelə Mərkəzi Asiyanın bazarlarına çıxışının əhəmiyyəti konteksində əhəmiyyət kəsb etmişdir.

Politoloq qeyd etdi ki, region ətrafında geosiyasi qarşıdurmanın güclənməsini təsdiq edən digər amil isə, Rusiya xarici işlər naziri Qaluzinin Avropa Biriyinin Ermənistandakı mülki nümayəndə heyətinin əslində Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat materialları yığmaları ilə məşğul olduqları barədə xəbər Qərbin bölgə ilə bağlı koorporativ maraqlarından irəli gəlir: 

"Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvada Lavrovla görüşü zamanı regional əhəmiyyətli problemlərin müzakirəsi də Turkiyənin regiona, xüsusilə Orta Dəhlizlə bağlı məsələlərə ABŞ-dan fərqli baxışlara malik olmasının göstəricisidir. Azərbaycan prezidenti Əliyevin Qafqaz evi ideyası Qafqazda dayanıqlı stabilliyin bərqərar olmasında müstəsna əhəmiyyətə malikdir. Bununla bağlı Ermənistanın ikili hərəkətləri sülhün bərqərar olmasına deyil, əksinə proseslər ətrafında manipulyasiya maraqlarına xidmət edir".

Fərid

Seçilən
112
ednews.net

1Mənbələr