AZ

Cek Qriliş istirahət üçün Dubayda

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı üçün İngiltərə yığmasının qısa siyahısından kənarda qaldıqdan sonra tətil üçün Dubaya uçub.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Sun" bildirib.

Yarımmüdafiəçi Ceyms Meddison və müdafiəçi Harri Maquayr da yekun heyətə daxil edilməyib.

Avro 2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. İngiltərə Danimarka, Sloveniya və Serbiya ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Xatırladaq ki, Qrealiş ötən mövsüm 36 matçda iştirak edib və bu matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
90deqiqe.az

1Mənbələr