AZ

Baqrat aldadır: Separatçıları iki yol gözləyir -PROQNOZ

Ya Paşinyan sonda onları həbs edəcək, ya da hər gələn onlardan öz məqsədləri üçün istifadə edib kənara atacaq
 
 
 Məlum olduğu kimi, ötən gün “Vətən naminə Tavuş” revanşist hərəkatının lideri Baqrat Qalstanyanla Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan arasında görüş olub. “Hraparak” qəzeti məlumat yayıb ki, görüşdə keşiş Baqrat Sarkisyandan mübarizəsinə dəstək istəyib. Məlumatda deyilib ki, Qalstanyan hərəkatın gələcək taktikasının nədən ibarət olmasından, xüsusən də hər zaman parlamentdə baş nazirin impiçmentinin tərəfdarı olduğundan, lakin indi küçə təzyiqinin artması yolunu tutduğundan danışıb. Sarkisyan isə bildirib ki, onun rəhbərlik etdiyi Respublika Partiyası hərəkata dəstək verib, respublikaçılardan ibarət ayrı-ayrı qruplar vaxtaşırı Kirantsa gedib-gəliblər. Eks-prezident gələcək hakimiyyət sistemində yer tutmaq fikrində olmadığını da deyib və bildirib ki, əsas odur, ölkə Paşinyanın hakimiyyətindən qurtulsun”. Qeyd edək ki, "Qarabağ klanı" ilə yanaşı separatçı tör-töküntülər də etiraz aksiyalarına dəstək verirlər. Keşiş Baqratın rəhbərlik etdiyi revanşist hərəkat impiçment prosesinin ilk mərhələsini belə başlada bilmədi, küçə mübarizəsi isə artıq tənəzzülünü yaşayır.

 Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Ermənistanda separatçılar Baqrat Qalstyanın rəhbərlik etdiyi aksiyaçılara qoşularaq öz dəstəklərini ifadə edirlər. Ekspertin sözlərinə görə, burada iki nüans diqqəti cəlb edir:

 "Birincisi, Baqrat mitinqə kütlə yığa bilmir deyə kiminlə gəldi danışıqlara gedir, onları öz tərəfinə çəkmək istəyir. İkinci isə Paşinyan separatçıları o qədər küncə sıxıb ki, anlayırlar ki, artıq Qarabağ söhbəti birdəfəlik bağlanıb. Buna görə Ermənistanda özlərinə yeni mövqe axtarırlar. Ehtimal ki, Baqrat onlara vəzifə sözü verib. Separatçılar bundan sonra vəzifə üçün hamı ilə ittifaqa girəcəklər, ancaq dəstək görməyəcəklər. Çünki "Qarabağ klanı" adlanan kriminal ünsurlər sadə erməni xalqının yaddaşında elə xoşagəlməz iz buraxıb ki, bundan sonra çətin bir də Qarabağdan olan ermənilər Ermənistanda dəstək görərlər. Separatçıları iki yol gözləyir. Ya Paşinyan sonda onları həbs edəcək, ya da hər gələn onlardan öz məqsədləri üçün istifadə edib kənara atacaq. Separatçı Şamvel Şahmaranyan və bandası üçün ən xoşagələn variant Paşinyanın onları siyasi məqsədlər üçün həbs etdirməsidir".
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
sherg.az

1Mənbələr