AZ

"Turan Tovuz" qətiləşdirdi...

Baş məşqçi axtarışını davam etdirən "Turan Tovuz" bu həftə rəsmi anlaşmaya imza atacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, qərblilər əcnəbi mütəxəssislə anlaşacaqlarını qətiləşdirib.Hazırda danışıqlar məşqçilər korpusunun məvacibi və mükafatı ətrafında yox, müqavilənin 1+2 yoxsa 3 illik olacağı, anlaşmanın zamanından tez pozulacağı təqdirdə kimin kimə nə qədər kompensasiya ödəməli olacağı, habelə əsas komandaya ayrılacaq vəsaitdən gedir. Tərəflər qarşılıqlı güzəştlərlə bağlı danışıqları davam etdirir.Artıq mütəxəssisin hansı coğrafiyanı əhatə edəcəyi də həllini tapıb. Çalışdırıcı MDB məkanı təmsilçisidir, lakin adı "7 qıfıl arxası" saxlanılan məşqçinin Rusiyanı təmsil etməyəcəyi böyük ölçüdə qətiləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
sport24.az

1Mənbələr