AZ

"İnvestisiya şirkəti iflas olarsa onun müştərilərinin aktivləri bərpa olunacaq" - QANUNLAYİHƏSİ

"Əmanətlərin sığortalanması haqqında" qanuna investisiya şirkətləri üzrə müştərilərin investisiyalarının da sığortalnaması ilə bağlı dəyişiklik layihəsi hazırlanıb.

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyəti Sədrinin müavini Rauf Qurbanov bildirib.

O qeyd edib ki, hazırda dəyişiklik layihəsi müvafiq tərəflər ilə müzakirə olunur.

"Ümumiləşdirib qeyd edə bilərəm ki, qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişiklik, investisiya şirkəti iflas olarsa onun müştərilərinin aktivlərinin bərpası ilə əlaqədardır", – Qurbanov qeyd edib.

 "PAŞA Kapital"ın sədr müavini vurğulayıb ki, qiymətli kağızları emitentinin iflası nəticəsində müştərilərin investisiyalarının sığortalnamsı nəzrdə tutulmur.

Rauf Qurbanov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
marja.az

2Mənbələr