AZ

Əsas komandadan uzaqlaşdırıldı, zədəsini bəhanə etdi – “Neftçi”nin “qara siyahı”sındakı futbolçu

“Neftçi”nin müdafiəçisi Azər Əliyevlə yollar ayırmaq istədiyini xəbər vermişdik.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb futbolçunun cari mövsüm aşağı səviyyəli performansı ilə yanaşı, tez-tez zədələnməsi və nizam-intizam problemlərinin olmasıdı.

Hətta komandanın sabiq baş məşqçisi Miodraq Bojoviç Əliyevin davranlışlarından təngə gəlib və mövsümün sonuna 2 tur qalmış onu əvəzedici heyətə göndərib. Lakin futbolçu ağrıları olduğunu bəhanə gətirərək, əvəzedici komanda ilə məşqə çıxmayıb.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
idmanxeber.az

1Mənbələr