AZ

Kəlbəcərin üç kəndi üçün 4,67 milyon manatlıq elektrik xəttləri çəkiləcək

Kəlbəcər rayonunda 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xətlərinin çəkilməsi işlərinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, "Azərişıq" bununla bağlı hazırlıqlara start verib.

Qeyd edilib ki, bu işlər rayonun Zallar, Yanşaq və Çaykənd kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədi daşıyır.

"Azərişıq" sözügedən işlərin 4,67 milyon manata başa gələcəyini ehtimal edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
iqtisadiyyat.az

1Mənbələr