AZ

Taliban Rusiya ilə təhlükəsizlik üzrə dialoqa hazırdır — ÖZƏL

"Taliban" hərəkatının (Rusiyada qadağan olunmuş) nümayəndələri təhlükəsizliklə bağlı Rusiya ilə dialoqa hazırdırlar.

Olaylar.az xəbər verir ki, bunu Əfqanıstanın əmək və sosial məsələlər naziri vəzifəsini icra edən Əbdül Umari Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində bildirib.
"Biz bu cür əlaqələrin genişləndirilməsi baxımından Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istərdik", - deyə o, məsələ ilə bağlı sualı cavablandırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Taliban hərəkatının mümkün qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması üzərində iş onunla qarşılıqlı fəaliyyət, o cümlədən terrorizmlə mübarizə zərurətinə əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
olaylar.az

2Mənbələr