AZ

Bu ölkədə“Google” təxminən 15 milyon dollar cərimələndi

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyənin antiinhisar tənzimləyicisi ABŞ-ın texnologiya nəhəngi “Google”u otellərlədə axtarış sorğuları ilə bağlı əmrə əməl etmədiyinə görə 482 milyon türk lirəsi (14,88 milyon ABŞ dolları) məbləğində cərimələyib.

Banco.az xəbər verir ki, bu barədə TRT telekanalı xəbər verib. 

Bildirilir ki, məsələ ilə bağlı araşdırma 2021-ci ilin aprelində başlayıb.
Tənzimləyicinin məlumatına görə, Amerika şirkəti, xüsusən də onun “GOOGLE Hotel Ads-GHA” xidməti otellərin yerləşdiyi yer, qiymətlər və ümumi axtarış səhifəsində onların müqayisəsi haqqında məlumatların təqdim edilməsi baxımından yerli bazar iştirakçılarından üstünlüyə malikdir.

2024-cü ilin yazında Türkiyə tənzimləyicisi “Google”a cərimə tətbiq edib və vəziyyəti düzəltmək üçün üç ay vaxt verib. Şirkətdən bildirilib ki, şura tərəfindən müəyyən edilmiş bütün pozuntular aradan qaldırılıb və yerli otel axtarış xidmətləri sərbəst fəaliyyət göstərir. Lakin şura vəziyyəti öyrənib və tələblərin yerinə yetirilmədiyi qənaətinə gəlib. Buna görə də şirkətə 482 milyon lirə, yəni 15 milyon dollara yaxın cərimə kəsilib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
banco.az

1Mənbələr