AZ

Bu gün saat 18:00: Azərbaycan - Qazaxıstan

Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Millimiz Bakı vaxtı ilə saat 18:00-da “Haladas SportKomplexum” stadionunda Qazaxıstan yığması ilə qarşılaşacaq. “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, milli iyunun 7-də eyni stadionda keçirilən yoldaşlıq oyununda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olub.
 
11 iyun
 
Azərbaycan – Qazaxıstan
“Haladas SportKomplexum”. Saat 18:00
Baş hakim: Bence Csonka
Baş hakimin köməkçiləri: Theodoros Georgiu, Balazs Szalai
Dördüncü hakim: Reka Molnar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
3
affa.az

10Mənbələr