AZ

Meşədə itən qadın 6 metrlik pitonun qarnından çıxdı

Yazını böyüt
Yazını kiçilt

Dörd uşaq anası olan 45 yaşlı Fəridə cümə axşamı gecə İndoneziyanın mərkəzi Sulavesi əyalətindəki bazarda ərzaq satmağa gedərkən meşədən keçərkən yoxa çıxıb.

Hafta.az-ın "Daily Mail"a istinadən yazdığına görə, onun həyat yoldaşı, 55 yaşlı Noni meşədə arvadının əşyalarını tapdıqdan və qarnı şişmiş 6 metr uzunluğunda piton gördükdən sonra şübhələnib. Yerli mətbuatda adları ancaq həyat yoldaşı ilə birlikdə hallanan kişi camaatı təşvişə salıb.

Ehtimal olunur ki, piton qadını ayağından dişləyib, daha sonra onu boğmaq üçün bədəninə sarıyıb, sonra isə bütünlüklə udub.

Kəndlilər pitonu tutub qarnını yarıblar və qadının cəsədini tapıblar.

Ailənin yaşadığı Kalempang kəndinin başçısı Suardi Rosi arvadını meşədə axtardığını və "onun əşyalarını tapdığını... bu onu şübhələndirib" deyib.inadən

Daha sonra kənd sakinləri ərazidə axtarış aparıblar. Tezliklə böyük qarınlı piton gördülər.

Həyat yoldaşının ölümünə kədərlənən ər, "Arvadımı tək buraxdığım üçün həmişəlik peşman olacağam" deyib. Meyit kəndə gətirildikdən sonra çox sayda adam yas mərasiminə toplaşıb.

İnsanların pitonlar tərəfindən öldürülməsi halları nadirdir, lakin oxşar hadisələrdə bir neçə insanın öldüyü İndoneziyada qeyri-adi deyil.

Ötən il Cənub-Şərqi Sulavesi əyalətinin Tinanggea rayonunda bir fermer piton tərəfindən boğularaq öldürülmüşdü. Yerli sakinlər fermeri udmaq istəyən 8 metr uzunluğundakı pitonu öldürüblər.

2022-ci ildə Cambi əyalətində bir qadın piton tərəfindən bütövlükdə uduldu. 54 yaşlı Cəhrah plantasiyadan işləyərkən itkin düşüb. Yerli sakinlər meyiti iki gün sonra şişmiş ilan gördükdən sonra tapıblar. 2018-ci ildə iki uşaq anası piton tərəfindən diri-diri yeyilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
hafta.az

1Mənbələr