AZ

“Erməni revanşistlərin hakimiyyətə gəlməsi çox böyük fəlakət ola bilər” – Umud Mirzəyev

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib, iclasın gündəliyinə hökumətin istefası və yeni nazirlər kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihəsi daxil ediləcək. Hakimiyyət dəyişikliyi olarsa bu Azərbaycanla mövcud münasibətə necə təsir edə bilər? Sülh müqaviləsi gecikə və yaxud tezləşə bilərmi ?Gündəm mövzsu ilə bağlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Ednews-a açıqlamasında bildirib ki, bu iclas Paşinyanın getməsi ehtimalını çoxaltmır. Görünən odur ki, Ermənistanda bu ayın 17-də növbədənkənar iclas çağırılacaq. Hökumətin istefası ilə yeni hökumətin formalaşması gözlənilir. İnsanlar, mətbuat belə yazır: 

photo_544624.jpg

“Düşünürəm ki, Ermənistanda bu günləri istər parlament, istər hökumət və biraz da müxalifətin fəaliyyətinə hər kəsdən çox Nikol Paşinyan nəzarət edir. Onun hakimiyyətə gəldiyi dövrdən baş verən hadisələr bunu sübut edir. Yeni hökumətin formalaşması məsələsində hesab etmirəm ki, Paşinyanın getməsi ehtimalını çoxaldır. Bu gün reallıq onu göstərir ki, Ermənistanda Paşinyanın alternativi yoxdur. Paşinyanın gücü ondadır ki, Ermənistanda çoxluq onun tərəfindədir. Ermənistanda problem revanşist siyasətin deyək ki, işğalçı siyasətinin, qonşu ərazilərinə əl uzatmaq siyasətinin, Daşnaksütun siyasətinin, deməli, uğursuzluğa uğraması ilə bağlı yeni, uğursuzluqla nəticələnməsini dərk eləyən qüvvələr var”. U.Mirzəyev vurğulayır ki, Ermənistanda balans Paşinyanın leyhinədir:“Ermənistanda o qüvvələrin hamısı əksəriyyət təşkil edir və onlar da Paşinyanın tərəfindədir. Paşinyanın gücü bundadır və Ermənistan cəmiyyətinin əksəriyyəti fərqindədir ki, ilk Azərbaycanla bağlı konflikti onlar özləri ediblər. Necə ki, azərbaycanlıların deportasiyasını Ermənistandan onlar etdilər, evlərini yandırdılar, yağmaladılar. Azərbaycanlı insanları öldürdülər, güllələdilər. Ona görə də bunu dərk eləyən Ermənistanda böyük bir auditoriya, böyük bir qüvvə var. Paşinyan da bu məsələləri analiz eləməyi bacarır. Düşünür və ona görə bu qüvvələrin mövqeyindən çıxış edir. Hesab edirəm ki, Ermənistanın nicatı da, Ermənistanın xilası da elə buradan keçir. Erməni revanşistlərin hakimiyyətə gəlməsi çox böyük fəlakət ola bilər. Amma bu ehtimal kifayət qədər azdır”.Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
ednews.net

1Mənbələr