AZ

İlon Mask Apple cihazlarını şirkət binalarında yasaqladı

Yazını böyüt
Yazını kiçilt

İlon Mask təhlükəsizlik baxımından öz şirkətlərində Apple cihazlarının istifadəsini qadağan etmək qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, bu qərar Apple-ın əməliyyat sistemi OpenAI texnologiyası ilə inteqrasiya olunarsa həyata keçiriləcək. Mask, şirkətləri ziyarət edən insanların Apple cihazlarını da qapıda təhvil verməli olduğunu bildirib. O, həmçinin əlavə edib ki, bu qurğular təhlükəsizliyi üçün Faraday qəfəsində saxlanılacaq.

Apple-ın öz süni intellekt sistemlərini inkişaf etdirmək əvəzinə OpenAI ilə əməkdaşlıq etməsini "ağılsız" olaraq xarakterizə edən Mask, bu vəziyyətin təhlükəsizlik və məxfilik baxımından narahatlıq doğurduğunu vurğulayıb.

İlon Mask texnologiya nəhəngi Apple-ı süni intellektdə öz müstəqil həllərini inkişaf etdirmək qabiliyyətinə malik olmadığına görə tənqid edib. Maskın sözlərinə görə, Apple-ın OpenAI kimi şirkətə etibar etməsi istifadəçilərin məlumatlarının təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. “Apple-ın öz süni intellektini inkişaf etdirməməsi və bütün məlumatlarını OpenAI-yə təhvil verməsi təhlükəsizlik və məxfilik baxımından qəbuledilməzdir”, - Mask bildirib.

Bu ilin əvvəlində Apple, şəxsi köməkçisi Siri-nin imkanlarını genişləndirmək üçün OpenAI-nin ChatGPT ilə inteqrasiya edəcəyini açıqladı. iOS 18, iPadOS 18 və macOS Sequoia sistemlərinə inteqrasiya ediləcək bu yeni xüsusiyyət istifadəçilərə daha zəngin rəqəmsal köməkçi təcrübəsi təqdim etməyi vəd edir.

OpenAI-nin CEO-su Sam Altman sosial mediada verdiyi açıqlamada Apple ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və istifadəçilərin bu yeni inteqrasiyanı bəyənəcəyinə əmin olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
hafta.az

1Mənbələr