AZ

İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!

İş axtaran, xüsusilə bank sahəsində karyera qurmağa maraqlı olan gəncləri "Yelo Career Festival" yarmarkasına dəvət edirik.

Fins.az xəbər verir ki, yarmarka 14 iyun, saat 11:00-13:00-da Yelo Bank-ın Baş ofisində keçiriləcək (Həsən bəy Zərdabi 81 K). Yarmarka Dövlət Məşğulluq Agentliyi və Yelo Bank-ın birgə təşkilatçılığı ilə baş tutacaq. Yarmarkada Yelo Bank da daxil olmaqla, 40-dan çox şirkət 400-dən çox aktiv vakansiyalarla təmsil olunacaq. Burada ixtisaslara uyğun vakant iş yerləri, təcrübə və təqaüd proqramları, həmçinin karyera perspektivləri barədə ətraflı məlumat veriləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

"Yelo Career Festival" aparıcı şirkətlərin işəqəbul nümayəndələri ilə görüşmək, əlaqələr qurmaq və uyğun vakansiyada namizəd olaraq dəyərləndirmək fürsəti yaradacaq. Hər birinizi gözləyəcəyik. Qeydiyyatdan keçmək üçün: //bit.ly/4eduokN

Banklarda vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
14
fins.az

10Mənbələr