AZ

Dünya yeni müharibənin astanasında: Rəsmi Seul Pxenyana XƏBƏRDARLIQ etdi

Cənubi Koreya ordusu 20 Şimali Koreya əsgərinin sərhədi keçməsi səbəbindən xəbərdarlıq atəşi açıb. 

AZXEBER.COM \"haberglobal”a istinadla xəbər verir ki, hadisə baş verəndən sonra Şimali Koreya əsgərlərinin öz ölkələrinin sərhədlərinə qayıtdığı bildirilib.
Hadisədən əvvəl Şimali Koreya əsgərlərinin DMZ daxilində naməlum bir missiya üzərində çalışdığı qeyd edilib.

Şimali Koreya əsgərlərinin səhvən sərhədi keçdiklərinin hesab edildiyini məlum olub.

Şimali Koreyanın Cənubi Koreyanın sərhəd bölgələrinə mindən çox zibil daşıyan şar göndərməsi bölgədə gərginliyi artırıb və Seul administrasiyası Pxenyana cavab olaraq 2018-ci ildə Şimali Koreya ilə imzalanan hərbi gərginliyi azaltmaq üçün imzalanmış müqaviləni tamamilə dayandırıb. 

Nəhayət, ictimaiyyətə məlum olub ki, Cənubi Koreya sərhəd bölgəsində Şimali Koreya əleyhinə təbliğat aparan nəhəng dinamikləri yenidən quraşdırıb.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
azxeber.com

1Mənbələr