AZ

Dünyada baş verən gərginliklərin və qarşıdurmaların mərkəzində ədalətsiz yanaşma dayanır- ÖZƏL

Qərb Azərbaycanla bağlı yürütdüyü siyasətdə həmişə ikili standartlara yol verib. Qarabağ müharibəsinə qədər gedən danışıqlar prosesində, müharibənin gedişində və  müharibədən sonra da bunu açıq şəkildə müşahidə etdik".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib:

"Xüsusilə Fransanın erməni işğalına haqq qazandırmaq istəyi, açıq-aşkar Ermənistana dəstək verməsi və öz maraqları naminə beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atması özünü tam çılpaqlığı ilə biruzə verdi. Halbuki Fransa  ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq ədalətli mövqe tutmaq və doğru siyasət yürütmək məsuliyyəti daşıyırdı. Bunun tam əksini gördük. Bu proseslər davam etdikcə, Qərbin ikiüzlü siyasət sərgilədiyini artıq hər kəs anladı. Ukrayna müharibəsi zamanı da bunu müşahidə etdik. Halbuki Qarabağ savaşı zamanı Azərbaycanı işğalda belə ittiham edən Qərb Ukrayna savaşında tamamilə fərqli mövqe nümayiş etdirdi və Ukraynanı açıq şəkildə dəstəklədi. Eyni zamanda silah və maliyyə yardımı etdi. Bütün bunlar onu deməyə əsas verir ki, dünyada geosiyasi böhran o səviyyədədir ki, artıq beynəlxalq hüququn qarantı hesab olunan ölkələr özləri beynəlxalq hüquq anlayışını tapdalayaraq onun dövlətlərarası münasibətlər sistemində əsas faktor olmasını sıradan çıxarıblar. Bu da dünyanı daha ciddi problemlərə sürükləyir və dünyada baş verən müxtəlif gərginliklərin və qarşıdurmaların mərkəzində ədalətsiz yanaşma dayanır. Bir daha qeyd edirəm ki, Ukrayna savaşı Qərbin ikili standartlarının ortaya çıxması və təsdiqi üçün ən önəmli nümunələrdən oldu".

Qiymət Mahir,

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
olaylar.az

1Mənbələr