AZ

Azərbaycan öz daxili konsalidasiyası və hərmrəyliyi nəticəsində bölgəyə sülh gətirdi- ÖZƏL

"Qərbin hər zaman bizim bölgədə, keçmiş Sovet məkanında yerləşən münaqişələrə fərqli münasibət sərgiləməsinin şahidi olmuşuq. Bu, beynəlxalq təşkilatlar çərçivəsində də özünü açıq biruzə verib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"ATƏT nəinki bizim münaqişə ilə bağlı Minsk konfransı təşkil etmirdi, ATƏT çərçivəsində keçirilən toplantılarda biz Ukraynanın Krım məsələsinə  ABŞ və Avropa təsisatlari tərəfindən fərqli, Qarabağ məsələsinə daha passiv münasibətin şahidi olmuşuq. Qərb və ATƏT-in bütün vasitəçiləri Azərbaycanla Ermənistan arasında olan münaqişənin uzadılmasında hər zaman daha maraqlı görünüb. İndi də bu yanaşma davam edir, Ukrayna məsələsi ilə bağlı Qərb ölkələrində sülh sammitləri, yardım kampaniyaları təşkil edilir və daha çox konsalidasiyanın şahidi oluruq. Təbii ki, Azərbaycan ictimaiyyəti hər zaman bu ikili standartı müşahidə edib. Azərbaycan isə öz daxili konsalidasıyası və hərmrəyliyi nəticəsində münaqişəyə son qoydu və bölgəyə sülh gətirdi. Bu gün Qarabağın yenidən qurulmasını da, qlobal sülh sammitini də özü təşkil edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan kiminsə maliyyə dəstəyi və köməyi olmadan ağır yüklü problemləri özü həll etdi, qlobal tərəfdaş kimi dünyada güc mərkəzləri tərəfindən qəbul olunur və regionda sülhü bərqərar edir".

Qiymət Mahir,

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
olaylar.az

1Mənbələr