AZ

Venesuela BRİCS-ə böyük ümidlər bəsləyir

ABŞ tərəfindən sanksiyalara və mütəmadi olaraq təzyiqlərə, şantaja məruz qalan Venesuela BRİCS-ə böyük ümidlər bəsləyir.

Venesuela bu ili sonuna kimi BRICS-ə üzv olmaq niyyətindədir. Bunu Bolivar pesublikasının xarici işlər naziri İvan Gil Pinto Venezolana de Televiziyasına müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Venesuela istər neft satışı, istər siyasi, istər iqtisadi baxımdan BRICS-ə üzv olmanın ölkəyə fayda gətirəcəyinə, onun beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əmindir.

XİN rəhbəri bu baxımdan ölkəsinin BRICS-ə üzv olmasını səbirsizliklə gözlədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, bu gün İvan Gil Pinto Venesuelaya səfərə gələn Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə də ölkəsinin BRİCS-ə üzv olması məsələsini müzakirə edəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
oxumeni.az

1Mənbələr