AZ

İngiltərə bankı və Polşadan investorlar Azərbaycanın dövlət istiqrazları bazarında aktiv fəaliyyətə başlayıblar

"Ölkəmizə yeni xarici investorların cəlbinə töhfə verməyə çalışırıq".

Marja.az xəbər verir ki, bunu keirilən mətbuat konfransında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev bildirib.

Şirkətin sədri qeyd edib ki, artıq Böyük Britaniyada yerləşən banklardan biri "PAŞA Kapital"ın müştərisidir:

"İngiltərədən bir bank yerli (Azərbaycanın – red) dövlət istiqrazları bazarında aktiv fəaliyyət göstərir. Biz o banka vasitəçilik xidmətləri göstəririk. Polşadan da investorlarımız var. Biz inanırıq ki, Milli Depozit Mərkəzi öz platformasını beynəlxalq depozit mərkəzlərinə inteqrasiya etdikdən sonra daha çox xarici investorlar Azərbaycan bazarına daxil olacaqdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
marja.az

1Mənbələr