AZ

Meyitlərin dezinfeksiyası üçün sisternlərlə formaldegid tapıldı

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin tibb bazasına külli miqdarda dezinfeksiyaedici vasitə gətirilib. 

News365.az xəbər verir ki, bu barədə təqaüddə olan polkovnik-leytenantı Andrey Maroçko məlumat yayıb. Onun sözlərinə görə, söhbət Kiyev vilayətindən gətirilən üç 32 kubluq formaldegid dolu sisterndən gedir.

"Məlum maddələrin istifadəçiləri və belə miqdarlarda kimyəvi yükün hansı məqsədlə orada olması bilinmir", - deyə o qeyd edib.

Qeyd olunur ki, formaldegid patoloanatomi şöbələrdə meyitlərin dezinfeksiya edilməsində, geyimlərin, binaların, morqlarda tabutların yuyulması üçün geniş istifadə olunur.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Seçilən
95
news365.az

1Mənbələr