AZ

İranın baş prokuroru: Seçkilərdə xarici media iştirak etməyəcək

Yazını böyüt
Yazını kiçilt

İranın baş prokuroru Məhəmməd Müvahhedi Azad prezident seçkilərində iştirak edəcək namizədlərə xarici media qurumları ilə əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib, onlardan etnik və məzhəb həssaslığını qızışdırmaqdan, real olmayan vədlər verməkdən çəkinmələrini istəyib.

Hafta.az-ın yazdığına görə, prezident İbrahim Rəisinin ölümündən sonra keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat prosesi bazar günü Konstitusiya Keşikçiləri Şurasının yekun namizədlərin adlarının açıqlanması ilə başlayıb.

Müvahhedi Azad Seçki Cinayətlərinin Qarşısının Alınması və Mübarizə Mərkəzi Komitəsinin iclasında verdiyi açıqlamada “Xarici media ilə əməkdaşlıq cinayətdir, seçkilərdə xarici və düşmən mediadan istifadə edilməməlidir” deyib.

Muvahhedi Azad, "müxaliflər tərəfindən təxribat xarakterli təbliğatın qarşısını almaq" və namizədləri dəstəkləmək və ya onlara qarşı çıxmaq üçün "vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısını almaq" üçün kiber məkanın monitorinqinə istinad edib.

İranın Baş Prokuroru seçki rəsmilərini və namizədləri “milli birliyi vurğulamağa, inqilab və Vilayəti Fəqih dəyərlərinə hörmət etməyə, seçkilər üçün ədalətli və rəqabət mühiti təmin etməyə” çağırıb.

Namizədləri “böhtan, etnik və məzhəb həssaslığı qızışdırmaq, cəmiyyətdə qütbləşmə yaratmaq və çağırışlara səbəb olmaqdan çəkinməyə” çağıran Müvahhedi Azad həmçinin “qanunsuz və əks-inqilabçı qrupların, partiyaların imicini işıqlandırmamaq barədə” xəbərdar edib.

Müvahhedi Azad namizədlərə “öz imkanlarını və icra hakimiyyətinin səlahiyyətlərini aşan vədlər verməkdən, insanları icazəsiz küçələrə toplaşmağa dəvət etməkdən və yalan xəbərlər yaymaqdan” çəkinməyi məsləhət görüb.

Müvahhedi Azad sözlərini belə yekunlaşdırıb: “Namizədlərin son adlarının açıqlanması ilə bəzilərində gözləntilər, bəzilərində isə qəzəb yarana bilər, amma şüurlu insanların sakitliyini qoruyacağına əminik. Namizədlər hüquqi orqanların qərarlarına tabe olmalı və qanun hamımız arasında son arbitr olmalıdır", - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
hafta.az

1Mənbələr