AZ

Rusiyalımiqrantların dərhal deportasiyasına başlanacaq

Kaliforniya sərhədçilərinə rusiyalı qeyri-qanuni mühacirləri həbs edildikdən sonra dərhal deportasiya olunması əmri verilib.

Oxu24.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti müvafiq deportasiya sənədinə əsasən yazır.

Qeyd olunur ki, belə bir tədbir Rusiyadan başqa, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistandan olan yetkin miqrantlara da şamil olunacaq. Eyni zamanda, şərq yarımkürəsində 100-dən çox başqa ölkədən olan miqrantlar həbs olunduqdan sonra onların işi üçün məhkəmə tarixi təyin edilməklə azadlığa buraxılacaq. Sənəddə onların dərhal deportasiyası tələbi yoxdur.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat xidməti bəyanat yayıb ki, Bayden ABŞ-ın cənub sərhədini qanunsuz keçən immiqrantlara sığınacaq verilməsini müvəqqəti qadağan edib. Ağ Ev vurğulayıb ki, yeni məhdudiyyətlər ABŞ-ın cənub sərhədində konqres səviyyəsində nəzarət tədbirlərinin gücləndirilməsi ilə əldə ediləcək nəticələrə nail olmayacaq. Bundan əlavə, ölkənin cənub sərhədinin daha da möhkəmləndirilməsi üçün vəsaitin ayrılması bunlara daxil deyil.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni immiqrasiya tədbirlərini şərh edərkən, Baydenin ABŞ-ın sərhəd böhranını həll etmək üçün heç nə etmədiyini söyləyib. Nümayəndələr Palatasının spikeri Mayk Conson isə Baydenin yanaşmasını “yarı yol” adlandırıb.

Mənbə: Reuters.com

Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
oxu24.com

1Mənbələr