AZ

“Apple”nin süni intellekt qərarı Maskı özündən çıxardı

\"Apple”nin əməliyyat sistemini OpenAI ilə birləşdirəcəyini bildirməsi İlon Maskı qəzəbləndirib.

AZXEBER.COM \"NTV Haber”ə istinadən xəbər verir ki, bunun təhlükəsizlik pozuntusuna səbəb olacağını ifadə edən Mask OpenAI-nin əməliyyat sistemi səviyyəsində inteqrasiya olunacağı təqdirdə Apple cihazlarının şirkətlərində qadağan ediləcəyini bildirib.

\"OpenAI”ni əməliyyat sistemi səviyyəsində inteqrasiya etdikləri təqdirdə \"Apple” cihazlarının şirkətlərində qadağan ediləcəyini ifadə edən Mask \"Bu, qəbuledilməz bir təhlükəsizlik pozuntusudur\", - deyib.
Mask şirkətə gələnlərin Apple cihazlarını qapıda təhvil verməli olacağını bildirib.

ChatGPT-nin tərtibatçısı olan \"OpenAI”nin Baş İcraçı Direktoru Sam Altman da sosial media hesabında bunları deyib:

\"Mən bu ilin sonunda ChatGPT-ni cihazlarına inteqrasiya etmək üçün Apple ilə əməkdaşlıq etməkdən məmnunam. Düşünürəm ki, bunu bəyənəcəksiniz”.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
azxeber.com

1Mənbələr