Bakı, 11 iyun, AZƏRTAC
Tokio məktəblərindən birində 30-dan çox şagird təsadüfən bibər qazına məruz qalıb.
AZƏRTAC “Kyodo News” agentliyinə istinadla xəbər verir ki, xilasedicilər yerli vaxtla səhər saat 9:55 radələrində baş verən hadisədən sonra tələbələrin göz ağrısından şikayət etdiyini bildiriblər. Daha sonra Tokio Koreya Məktəbinə ondan çox təcili yardım və polis maşınları göndərilib.
“Hazırda məktəblilərin vəziyyəti ortadır”, - deyə xəstəxanadan bildirilib.
Polisin məlumatına görə, orta məktəb şagirdi Şinjuku kollecinin məktəbində tənəffüs zamanı təsadüfən bibər qazından istifadə edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.