AZ

BMT Qəzzaya qarşı atəşkəs təklifini qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Qəzzada atəşkəs elan etmək təklifini qəbul edib.

News24.az xəbər verir ki, qəbul edilmiş qətnamə layihəsi tam atəşkəs, HƏMAS tərəfindən girovların azad edilməsi, həyatını itirən girovların cəsədlərinin çatdırılması, fələstinli məhbusların azad edilməsini nəzərdə tutur.

ABŞ daxil olmaqla 15 yerlik Təhlükəsizlik Şurasında 14 üzv layihənin lehinə səs verib, Rusiya isə bitərəf qalıb.

Qərarda İsrailin bu təklifi qəbul etdiyi bildirilib və HƏMAS-ı tez bir zamanda yaşıl işıq yandırmağa çağırıb.

Qeyd edək ki, atəşkəs planı üç mərhələni nəzərdə tutur.

Birincidə girov və əsir mübadiləsi ilə qısamüddətli atəşkəsin həyata keçirilməsi nəzərdə tutulur.

İkinci mərhələ hərbi əməliyyatların daimi dayandırılmasını və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasını nəzərdə tutur.

Üçüncü mərhələyə müharibə zamanı demək olar ki, tamamilə dağıdılmış Qəzzanın yenidən qurulması daxildir.

ABŞ prezidenti Co Bayden İsrailin qəbul etdiyini bildirdiyi atəşkəs planını açıq elan edib.

ABŞ Təhlükəsizlik Şurası martın 25-də atəşkəs elan edilməsinə dair qətnamə layihəsini təsdiqləyib.

Əvvəlki cəhdləri rədd etsə də, ABŞ martın 25-də layihəni təsdiqləyib.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
news24.az

1Mənbələr