AZ

Hansı sahələr üzrə maaş daha çoxdur?

Hər kəs maaşı yüksək olan işdə çalışmaq istəyir, lakin ölkəmizdə hər sahəyə uyğun maaş müəyyənləşdirilib. Buna görə də gələcək yaşam şəraitini nəzərə alan gənclər özünü həmin sahələrdə inkişaf etdirməyə yönəliblər. İnkişaf etməkdə olan ölkəmizdə müəyyən ixtisas sahibləri kifayət qədər yüksək əmək haqqı qazanırlar. 

Bəs bu sahələr hansılardır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, ölkədə dərc olunan əmək haqqı statistikasında sahələr üzrə orta əmək haqqı təyin edilir:

“Bu statistikada həm ölkənin özünün aylıq orta aylıq əmək haqqı səviyyəsi, bələdiyyə haqqında statistika, muzdlu işlər, həm də sahələrdə və yaxud ərazilərdə əmək haqqının orta səviyyəsi haqqında məlumatlar qeyd olunur. Statistika Komitəsinin məlumatlarına görə, əmək haqlarının ən yüksək olduğu yer Bakı şəhəridir. Burada orta aylıq əmək haqqı respublika səviyyəsindən təqribən 35-40 % çox olur. Məsələn, regionlarda  900-920 manatdırsa, Bakıda 1200-1300 manat olur. Bu, coğrafi müqayisədir, amma bir çox rayonlarda bu ortalamadan da az səviyyədədir. Əsas işçi kütləsi Bakıda toplaşıbsa, həmin rayonlarda orta əmək haqqının iki dəfə daha çox fərqi ortaya çıxa bilər”.

Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, üç sahədə əmək haqları yüksəkdir:

“Bunlardan birinci yerdə olanı, ən yüksək maaşlı neft-qaz, enerji sektorudur. Daha sonra maliyyə, bank, sığorta sektorudur ki, burada ikinci yüksək əmək haqqıya təsadüf olunur. Üçüncü yerdə isə rabitə və informasiya sektoru durur. Digər sektorlarla müqayisədə bu sahələrin ortalama maaşı daha yüksəkdir”.

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
operativmedia.az

10Mənbələr