AZ

Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika vəNiderland İnkişaf Bankı (FMO) arasında növbəti iri həcmli kreditsazişi imzalanıb.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 4 il müddətinə 25milyon ABŞ dolları məbləğində kredit ayıracaq və vəsait millivalyutada təqdim ediləcək.

Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçünprioritet sahə olan real sektora kredit dəstəyiningücləndirilməsinə, xüsusilə aqro, mikro, kiçik və ortamüəssisələrin, o cümlədən gənclərin və qadınların sahibkarlıqfəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək.

Bu sazişin imzalanması - beynəlxalq maliyyə institutlarınınBankın peşəkarlığına, xidmət keyfiyyətinə, operativliyinə, eləcə dəuzunmüddətli sabitliyinə inamının növbəti göstəricisidir.

Bank Respublika – geniş regionalxidmət şəbəkəsinə malik ölkənin 5 ən böyük bankından biridir.Beynəlxalq əməkdaşlığın inkişafı bankın fəaliyyətinin prioritetistiqamətlərindən biridir. Bu gün bankın beynəlxalq tərəfdaşlarınadünya üzrə 30-dan çox maliyyə institutu daxildir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,linkedin,telegramsəhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bank
Bank
Bank
Bank
Bank
Seçilən
127
16
az.trend.az

10Mənbələr