AZ

“BSC” MMC “Yurd FM” radiosunda!

"BSC" MMC-nin direktoru İkram Mütəllimov "Yurd FM" radiosunun "Bizdən soruş" layihəsinə müsahibə verdi.

Daşınmaz əmlak bazarının Azərbaycanda getdikcə inkişaf etməsi ilə bağlı "Əmlak" məsələləri, bazarda olan mövcud problemlər və onların həllinə yönəlmiş təkliflər" müsahibənin əsas mövzusu idi.

Son dövrlərin aktual mövzularından biri olan “Qeyri-yaşayış sahələrinin üzərində olduğu torpağın özəlləşdirilməsi və xüsusi mülkiyyətə çevrilməsi” üzrə fikir və tövsiyələrini bölüşən İkram Mütəllimov verilən sualları da cavablandıraraq, "Əmlak hüquqları üzrə hüquqşünaslarımız, əmlak alışının bütün mərhələlərində, xüsusən də Azərbaycanda daşınmaz əmlak və ya torpaq alarkən müştərini təmsil etmək üçün geniş təcrübəyə malikdirlər" fikrini səsləndirmişdir.

Azərbaycanın ilk konsaltinq şirkəti olan, 30 ildən çox təcrübəyə malik BSC Consulting-in "Əmlak hüququ" xidməti və digər bütün xidmətləri kimi təqdim etdiyi həll yolları tam qanunidir və müştərinin arzu olunan tələblərinə cavab verir, torpaqların potensial satışını çevik və səmərəli şəkildə həyata keçirməyi də nəzərdə tutur.

Əmlak məsələləri ilə bağlı problemlərin həlli üçün peşəkar komandamıza müraciət edə bilərsiniz: //bsc.az/

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
fins.az

1Mənbələr