AZ

Makrondan bezən FRANSIZLAR – “Paris Cənubi Qafqaz siyasətində geri addım atacaq”

Fransada Avroparlamentə keçirilən seçkilərdə hazırkı Prezident Emmanuel Makronun partiyası sarsıdıcı məğlubiyyətə uğrayıb. Məlumata görə, Fransadakı seçkilərdə Marin Le Penin ifrat ultrasağ Milli Birlik bloku qalib gəlib. Onlar səslərin 31,5 faizini əldə ediblər. Makronun partiyası isə cəmi 15,2 faiz səs toplayıb. Sol mərkəzçi sosial-demokratlar isə 14 faiz seçicinin səsini qazanıb.

Bu məğlubiyyətin ardınca Makron bazar günü parlamenti buraxıb. O bildirib ki, Fransa sülh və harmoniyaya ehtiyac duyur. 

Belədə, bu ayın 30-da Fransada parlament seçkiləri üzrə ilk tur keçiriləcək. İkinci tur isə iyulun 7-də olacaq. 

Avroparlamentinə keçirilən seçkilərdə ultrasağların qələbəsi belə deməyə əsas verir ki, parlamentə keçiriləcək yeni seçkilər də onların mühüm üstünlüyü ilə nəticələnəcək. 

Sağçıların hakimiyyətə gəlməsi fonunda Fransanın Cənubi Qafqaz siyasəti necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, ultrasağların Fransa parlamentində üstünlük təşkil etməsi fonunda belə Parisin Cənubi Qafqaz siyasəti dəyişməyəcək. Bu fonda da həmsöhbətimizə görə, Fransa bölgəmizdən geri çəkilməyə məhkum olacaq:

“Əslində Avroparlamentə seçkilərdə Makronun uduzacağı əvvəlcədən proqnozlaşdırılırdı. Bu da Makronun yürütdüyü siyasətin Fransanı çökdürməsilə bağlıdır. Makron bir növ ömrünü uzatmaq, yəni 2027-ci ilə qədər alternativi olmasın deyə Milli Assambleyanı əldə saxlamaq istəyib. O elə fikirləşir ki, Le Penin əleyhinə olan qüvvələrdən istifadə edib, özünün əvvəlki mövqeyini bərpa edəcək. Amma bu alınmayacaq. 

Çünki Fransa Makronun siyasətindən yorulub. 

Ultrasağların hakimiyyətə gəlməsilə Parisin Cənubi Qafqaz siyasətinin dəyişəcəyini düşünmürəm. Ona görə ki, bu ölkədə əsas məsələləri Prezident həll edir. Ölkə qanunvericiliyinə görə, Fransada söz sahibi Preident olaraq Makrondur.
Parlament isə onun dediklərini dəstəkləyə və ya dəstəkləməyə bilər. Bu mənada Fransa parlamentində ultrasağların çoxluq təşkil etməsi fonunda ölkənin Cənubi Qafqazla bağlı siyasətində nəyinsə dəyişəcəyi inandırıcı görünmür. Amma hadisələrin gedişi göstərir ki, Paris Cənubi Qafqazdan geri çəkilmək məcburiyyətində qalacaq”.   

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
bizim.media

1Mənbələr