AZ

Gənclərdən ibarət millimiz hazırlıqlara start verib

3 iyun tarixindən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığmamız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi millimiz, gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir. Millimizin hazırlıq prosesində əsas məqsədi, 12-21 iyul Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi 19 iyuna qədər davam edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
90deqiqe.az

1Mənbələr