AZ

Dövlətə məxsus 1 milyon manatı mənimsəyən şirkət rəhbərinin məhkəməsi başlayır

Bakı. Trend:

Kredit təşkilatının rəhbəri barəsində olan cinayət işi məhkəməyəgöndərilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumatyayıb.

Bildirilib ki, “Kömək Kredit İttifaqı” Məhdud MəsuliyyətliCəmiyyətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədəAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuşmaterial əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqıtamamlanıb.

İstintaqla həmin qurumun təsisçisi və direktoru olmuş HüseynovAydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərinadlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyatNazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyonmanatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsiadı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatınınödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsəməxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Aydın Hüseynova AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə küllimiqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifəsəlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməkləbarəsində polisin nəzarəti altına vermə qətimkan tədbiriseçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır CinayətlərMəhkəməsinə göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
44
az.trend.az

10Mənbələr