AZ

Vitse-prezidentin təyyarəsi radarlardan itib

Malavinin vitse-prezidenti Saulos Çilima və daha doqquz nəfəri daşıyan təyyarə radar ekranlarından itib. Bu barədə Malavi prezidentinin ofisi məlumat yayıb. Malavi ordusuna məxsus təyyarə dünən səhər paytaxt Lilonqve hava limanından uçduqdan sonra yoxa çıxıb. Aviasiya rəsmilərinin təyyarə ilə əlaqə yarada bilməməsindən sonra prezident axtarış-xilasetmə əməliyyatına göstəriş verib. Təyyarə yerli vaxtla səhər saat 10:00 radələrində ölkənin şimalındakı Mzuzu beynəlxalq hava limanına enməli idi. Hadisədən xəbər tutan Malavi prezidenti Lazarus Çakvera Baham adalarına uçuşunu ləğv edib. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
xural.com

2Mənbələr