AZ

ABŞ azovçularla bağlı qadağanı götürdü

ABŞ “Azov” döyüşçülərinin Amerika silahından istifadəsinə qoyulmuş qadağanı ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Hərtərəfli yoxlamadan sonra Ukraynanın 12-ci “Azov” xüsusi təyinatlı briqadası ABŞ Dövlət Departamentinin apardığı “Lihi” yoxlamasından keçib”, - məlumatda deyilib.

Qeyd edək ki, “Lihi” qanunu insan haqlarının pozulmasına yol verən xarici qüvvələrə ABŞ hərbi yardımının göstərilməsini qadağan edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
axar.az

3Mənbələr