AZ

İranda karikaturaçı 6 il, din xadimi ömürlük azadlıqdan məhrum edilib

İranın Tehran şəhər inqilab məhkəməsi tənqidçi-karikaturaçı Atena Fərqdanini 6 il müddətinə azadlıqdan məhrum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Məhəmməd Mühimi “X” səhifəsində yayıb.

Onun sözlərinə görə, karikaturaçı xanım “müqəddəsləri təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq” maddələri üzrə ittiham olunub.

Bildirilib ki, Atena Fərqdani karikaturaçı, rəssam və uşaq hüquqları müdafiəçisidir. O, ilk dəfə 2014-cü ilin sentyabrında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) kəşfiyyat agentləri onun evinə basqın edərkən həbs edilib. Həmin hadisədən iki ay sonra noyabrda təcridxanada qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirib. Səhhəti pisləşdiyi üçün zaminə buraxılıb.

Parlamentdə doğumun sayının artırılması və əhalinin azalmasının qarşısının alınması ilə bağlı qanun layihəsinə yenidən baxılmasına etiraz olaraq deputatların karikaturasını çəkməsi onun həbsinə səbəb olub. Atina Fərqdani çəkdiyi həmin rəsmdə deputatları meymuna və keçiyə oxşadıb.

İran məhkəməsi kürd etnik qrupunun nümayəndəsi din xadimi Məhəmməd Xizrancad barəsində çıxardığı ölüm hökmünü ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. O, ölkənin “ərazi bütövlüyü və müstəqilliyinə qarşı” fəaliyyət göstərməkdə ittiham olunub.

Güney Azərbaycandan olan siyasi məhbusların azadlığı buraxılması ilə bağlı etiraz keçirilir. “Azərbaycanlı siyasi məhbuslarının məhkəməsi açıq keçirilsin” təbliğat kampaniyası davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
5
operativmm.az

6Mənbələr