AZ

Birmənalı mövqe



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misirə səfəri Azərbaycan-Misir əlaqələrinin inkişafına böyük töhfə verəcək. Hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri göstərir ki, ölkələrimiz arasında siyasi dialoq müntəzəm xarakter almışdır.
Misir Ərəb Respublikası ərəb dünyasının önəmli dövlətlərindən biridir. Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanıyıb, 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalanıb. 1993-cü ilin aprelindən Misirin Bakıda və 1994-cü ilin yanvarından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi hesab olunur.
Beynəlxalq məsələlərdə, eləcə də bir sıra regional məsələlərdə fikir ayrılığının olmaması nəticəsində BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimiz fəal əməkdaşlıq edir, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərillir. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu müddətdə Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Misir üçün həssas məsələ hesab olunan Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması məsələsində Azərbaycan Misirlə eyni mövqeni bölüşür. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bu məsələ daim diqqət mərkəzində olmuşdur. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Cənab İlham Əliyev mətbuata Bəyanatında demişdir: “Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.”
İkitərəfli münasibətlərə gəldikdə, ticarətin artırılması təbii ki, müsbət haldır. Azərbaycan inşaat, əczaçılıq, kənd təsərrüfatı, eləcə də təhsil, mədəniyyət, informasiya texnologiyaları sahəsində Misirlə əməkdaşlığa maraq göstərir. Bundan əlavə, azad iqtisadi zonaların yaradılması, yeni elektrik stansiyalarının tikintisi, şəkər istehsalı, əczaçılıq sənayesinin inkişafı ilə bağlı müxtəlif layihələr hazırlanıb. Azərbaycan hökuməti bu ölkə ilə münasibətlərə xüsusi əhəmiyyət verir və onların gələcəkdə daha da genişləndirilməsinə çalışır. Son dövrlərdə Misirlə ölkəmiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. Energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə əməkdaşlıq imkanları genişlənib.
Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi, eyni zamanda Azərbaycan ərazisində bütün infrastrukturun yaradılması nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Misirin COP27-ə sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələnmişdir. Cari ildə COP29-a ev sahibliyi edəcək ölkəmizin Misirin təcrübəsini öyrənməsi bu mühüm beynəlxalq tədbirin daha yaxşı təşkilinə imkan verəcəkdir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
aia.az

3Mənbələr