AZ

Daha bir keçmiş icra başçısının ailə üzvləri əmlak davası edir

İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə çəkişməsi davam edir.

Məlumata görə, bir müddət əvvəl Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

Keçmiş başçının ailə üzvləri müsadirə olunmuş əmlakların geri qaytarılmasını tələb edirlər(Pravda.az)

Qeyd edək ki, Vilyam Hacıyev daha əvvəl kassasiya şikayəti versə də, sonradan əlavələr etməsi ilə bağlı şikayətini geri götürmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
mia.az

1Mənbələr